İstehsal



İllik kompleksdə 1000 ton istixana (pomidor, xiyarvə s.), 600 ton açıq sahə (kartof, kələm, çuğundur, yerkökü, badımcanvə s.), 500 tonbağçılıq (xurma və gilas) məhsulları istehsal olunur. Kompleksdə toplam məhsul istehsalı 7000 ton-a kimidir.

Ticarət & ixracat



Kompleksdə başda Şəmkir və ərazi rayonlar olmaqla ölkənin hər bir regionundan uzun illər boyu tərəfdaş istehsalçılarımızın meyvə-təvərəz məhsulları toplanaraq müvafiq qablaşdırma ilə Rusiyaya ixrac olunur. Kompleks il boyu «Made in Azerbaijan» brendi altında ortalama 40 000 tona kimi meyvə-tərəvəz məhsulları ixrac olunur. Hal-hazırda kompleks mütəxəssisləri yaxın şərq və Avropa ölkələrinə ixrac imkanlarını və tələblərini araşdırır, yaxın illərdə bubazarlardada fəal bir istehsalçı və ixracatçı kimi tanınması istiqamətdə çalışmalar aktiv şəkildə davam edir.

Kolibrləmə və qablaşdırma



İstehsal olunan və tərəfdaş istehsalçılardan toplanan məhsullar Rusiyadakı alıcıların tələblərinə uyğun olaraq kolibrləmə prosesindən keçərək taxta yeşiklərdə və ya karton/plastik taralara qablaşdırılır.

Qablaşdırmada NanoTexnologiyaların tətbiqi.



Kompleksin bazar və texnoloji araşdırma ekspertləri tərəfindən meyvə-tərəvəz məhsulların ömürlərinin uzadılması və uzun vaxt aparan logistikası zamanı xarab olma riskinin qarşısının alınması istiqamətində müasir nano və texnoloji həllərlə bağlı apardıqları tədqiqatları yekunlaşmışdır. Yaxın zamanda Kompleksdə bu yeni texnologiyalar tətbiq edilərək məhsulların ömürlərinin 5-6 aya kimi təzəliyini qorumaqla saxlanılması nəzərdə tutulur. Kompleksdə həmçinin ümumi məhsul xərclərin azaldılması məqsədi gündəlik 4000 taxta yeşiki istehsal olunur.

Soyuducuanbar



Kompleksin daxilində 7 kameradan ibarət cəmi 1500 tonluq müasir Avropa istehsalı avadanlıqlara qurulan və Smart Fresh texnologiyası ilə təçhiz olunan soyuducu anbar fəaliyyət göstərir. Soyuducu anbarlar sayəsində yetişdirilən meyvə tərəvəz məhsullarının saxlanılmasında 25-30 % itkiyə yol verilməsinin qarşısı alınır. Qeyd edəkki, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının xarab olmasının qarşısını alınması və il boyu onlardan səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə soyuducu anbarlara boyük tələbat vardır. Hal-hazırda tezliklə fəaliyyətə başlayacaq 1200 tonluq məhsul üçün müasir soyuducu anbarın inşaatı davam edir.

Toxum & gübrələr



Kompleks başda Türkiyə olmaqla Hollanda, Almaniya ölkələrin Genta, Yara, Hektaş, Koruma, Syngenta, Ekin tarım, Doğa İlaç kimi aparıcı toxum və gübrə istehsalçıların Azərbaycan və region üzrə rəsmi nümayyəndəliyi və satış təmsilçiliyini uğurlu şəkildə təşkil edir.

Şitilçilik



Kompleksdəpomidor, xiyarvə s. tərəvəzlərin şitilçiliyi ilə də məşğul olunur və müxtəlif tərəvəzlər üzrə ümumi istehsal həcmi ildə 1 milyon şitildir.

Logistika



Kompleksin yük maşınları parkında 20-dən artıq yerli və beynəlxalq yükdaşınmasına icazəsi olan lisenziyalı maşınları var və daxildə infrastruktur üçün lazımi bütün şərait yaradılmışdır. Kompleks Azərbaycan Dəmir Yoları ASC ilə bağlanan müqaviləyə əsasən illik 30 soyuducu(refrigitator) seksiyalı vaqonları icarəyə götürüb və Azərbaycan meyvə-tərəvəz məhsullarını risksiz şəkildə Rusiyanın istənilən şəhərinə çatdırılmasını təşkil edir.

Kredit ittifaqı



Kompleks daxilində yerli fermerlərə dəstək və ümumi meyvə-tərəvəz istehsalın artırılması məqsədi ilə Azərbaycan Respubliksanın Mərkəz Bankın lisenziyası əsasında Kredit İttifaqı fəaliyyət göstərir.