Food Export Shemkir MMC (əvvəlki adı T-FŞT və F-s Hüseynov T.İ.) şirkəti kənd təsərrüfatı sektorunda öz fəaliyyətini 2003-ci ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Dəllər Cəyir kəndində 0,50 hektarlıq ərazidə kiçik bir təsərrüfatda kələm istehsalı ilə yanaşı bəzi istehsalçıların məhsullarının ixracıyla başlamışdır.

Əzmli çalışma ilə təsərrüfat şirkətləşərək torpaq ərazilərini 200 hektara çıxartmış, illik məhsuldarlığı və ixracı 40 000 tona qədər artıra bilmişdir. Hal-hazırda şirkətin sahib olduğu ərazilərin 5 hektarında istixana kompleksi, 10 hektarında – xurma və 5 hektarında gilas bağları var və 5 ildən çoxdur ki məhsul yığılır.

Kompleksdə ümumi məhsuldarlıq 5000-7000 ton təşkil edir, tərəfdaşlıq edilən istehsalçıların məhsulları ilə birlikdə ildə 40 000 ton kimi məhsul “Made in Azerbaijan” brendi ilə ixrac olunur. Bununla belə süfrə növlü üzüm istehsalı üçün 15 hektar ərazidə aqrotexniki tədbirlər görülmüş, 25 hektar sahədə kartof əkilməsi üçün Rusiya Federasiyasının Kemerov vilayətindən yüksək keyfiyətli və məhsuldar kartof toxumu gətirilib və artıq əkilmişdir.

Aqrar iqtisadiyyatımıza dəstək

2003-cü ildə ailə üzvü ilə başlayan təsərrüfatçılıq hal-hazırda 100-ə yaxın işçi qüvvəsi ilə regionun güclü istehsal və ixrac müəssisəsi kimi ölkə iqtisadiyyatına və ixracatına töhfə verir.

Kompleksin Dəstək proqramları

Kompleks yerlii stehsalçılara və fermerlərə istehsallarının və satışlarının artırılmasına dəstək məqsədi ilə mütəmadi olaraq aqranom məsləhəti, nəqliyyat və logistika, qablaşdırma və ixraca dəstək, kredit xidmətləri göstərir.

Amalımız

Məqsəd meyvə və tərəvəz növlərindən müxtəlif çeşidlərdən ibarət olan məhsullarının istehsalı sahəsində yerli və beynəlxalq bazarlarda lider olmaqdır.

Məqsədimiz

Məhsullarımızın xarici bazarlarda Azərbaycan brendi adı ilə təqdim edilməsi. Xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsi. Vahid ixrac prosedurunun yaradılması, ixrac coğrafiyasının genişləndirilməsi və həcminin artırılması. Məhsuldarlığın artırılması və məhsulun saxlanma şəraitinə görə itkilərin azaldılması.

Sadələşdirilmiş ixrac prosedurunun yaradılması. Kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçid. İstehsal olunmuş məhsulların vaxtında alıcılara çatdırılması. Kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin formalaşması. Yüksək məhsuldarlığın əldə olunması və fermerlərin istehsal etdikləri məhsulların sabit qiymətlərlə satışı